Mübariz QURBANLI: Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir

"Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladan M.Qurbanlı may ayında ölkəmizin bu quruma uğurla sədrlik etdiyini bildirib. YAP İcra katibinin müavini qeyd edib ki, bu gün dünya miqyasında çox böyük dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, dünya miqyasında gedən proseslərə uyğun siyasət qurulması vacibdir. Azərbaycanın dostlarının sayı durmadan artmaqdadır və bu artımın ən bariz göstəricisi BMT Baş Assambleyasında 155 ölkənin Azərbaycanın namizədliyinə dəstək verməsi idi.
"Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlədən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşa olunması, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaq, eyni zamanda bəzi ölkələrin Ermənistana münasibətində bizim maraqlarımıza zidd addımlar atmasına mane olmaqdır. Yəni biz çalışmalıyıq ki, hansısa üçüncü ölkə Ermənistanla münasibətlərini həyata keçirərkən bu münasibətlər Azərbaycanın maraqlarına ziyan vurmasın" - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı deyib ki, bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, Azərbaycan XİN dövlət başçısının tapşırığı ilə Avropa ilə yanaşı Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir.
"Hədəflərə nəzər salsaq, Latın Amerikası ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfərləri, o cümlədən nümayəndə heyətlərimizin bu ölkələrə səfərləri qanunauyğundur. Xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunub. Eləcə də, Argentina, Braziliya ilə də əlaqələrin gücləndirilməsi yönündə işlər gedir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizn xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur"- deyə YAP İcra katibinin müavini vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında