Azərbaycanın hava məkanından istifadə ABŞ hərbçilərinin həyatını xilas edir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi xəbər portalı olan "DVİDS"-in yaydığı məlumata görə, Birləşmiş Ştatların Çevik Hava Komandanlığı və Hava və Fəza əməliyyatlarının 618 nömrəli mərkəzinin nümayəndələri respublikamızın bu ölkədəki səfir Elin Süleymanov ilə görüşdə bildirmişlər ki, Azərbaycanın hava məkanından istifadəyə icazə verməsi Amerika hərbçilərinin həyatının xilas edilməsində mühüm rol oynayır. 
Məlumatda qeyd edilir ki, Azərbaycan üzərindən həyata keçirilən tibbi evakuasiya uçuşları təcili tibbi yardıma ehtiyac olan yaralıların havada keçirdiyi vaxtı təxminən 1 saat 45 dəqiqə azaldır. Tibbi hava evakuasiyası əməliyyatlarının başçısı Cennifer Kimmetin sözlərinə görə, bu, yaralı və ağır vəziyyətdə olan xəstələr üçün həlledici fərq ola bilər. Bundan başqa, daha qısa uçuşlar xəstələrin havada uzun vaxt keçirməsindən yaranan stresslə bağlı potensial riskləri də azaldır.
Məlumatda bildirilir ki, təkcə 2012-ci ilin yanvarından Çevik Hava Komandanlığı Azərbaycan Respublikası üzərindən 150 tibbi evakuasiya uçuşu həyata keçirmiş, 2 min 200 xəstəyə vaxtında yüksək tibbi yardım göstərməyə müvəffəq olmuşdur. Azərbaycanın hava məkanından istifadə hərbi zonalardan çıxarılan yaralıların sağ qalma ehtimalını artırır. Baş cərrah, briqada generalı Bart İddinsin sözlərinə görə, Azərbaycanın hava məkanından istifadə Çevik Hava Komandanlığının uğurlu fəaliyyətində mühüm rol oynayır və insanların həyatını xilas edir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında