Mübariz QURBANLI: İctimai Palatanın fəaliyyətində təhlil ediləcək məqam və çəki görmürük

Müxalifətin prezident seçkilərinə vahid, çoxlu, iki namizəd və ya hansı formada gedəcəyi bizim üçün əhəmiyyət kəsb etmir
Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı verib.
M. Qurbanlı deyib ki, YAP seçkilərdə öz namizədi ilə iştirak edəcək və bu namizədin ölkə başçısı İlham Əliyev olduğu da bəllidir: "Gələcəkdə prezident seçkilərində Yeni Azərbaycan Partiyası ilə hansı siyasi qüvvə və yaxud da hansı namizəd rəqabət aparacaq, biz bununla məşğul olmuruq. Biz öz seçki kampaniyamıza hazırlıqla məşğuluq. Yeni Azərbaycan Partiyası üçün hansı palatanın nəyi müzakirə etməsini, həmin qurumların daxili işi hesab edirik".
M. Qurbanlı qeyd edib ki, YAP üçün İctimai Palata adlanan qurum siyasi güc mərkəzi hesab olunmur: "Partiyanın təhlillərində həmin qurumu siyasi güc mərkəzi kimi dəyərləndirmirik.
Bu məsələ ilə bağlı proqnoz verib, onların fəaliyyətini dəyərləndirmək fikrimiz yoxdur. Yeni Azərbaycan Partiyası İctimai Palatanın fəaliyyətini təhlil etmir. Çünki təhlil ediləcək məqam və çəki görmürük. "


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında