Çin Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Azərbaycan Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsidir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təkcə siyasi cəhətdən deyil, iqtisadi, mədəni və digər sahələrdə də sürətlə inkişaf etmişdir. Çin Xalq Respublikası bu cür inkişaf edən ölkə ilə əməkdaşlıqda maraqlıdır.
Bu sözləri Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü, KP Mərkəzi Komissiyanın intizam yoxlaması üzrə katibi Xı Qotsyan iyunun 16-da Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə söyləmişdir.
Oqtay Əsədov qonaqları salamlayaraq demişdir ki, Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Münasibətlərimizin daha da genişlənməsində dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Prezident İlham Əliyevin 2005-ci ildə Çinə səfəri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Dünya qlobal maliyyə böhranına baxmayaraq, ticarət dövriyyəmiz 2009-cu ildə 659 milyon ABŞ dolları olmuşdur, bu ilin ilk 4 ayında isə bu rəqəm 357 milyon dollar təşkil etmişdir. Bu onu göstərir ki, hər iki dövlət sürətlə inkişaf edir və çox sağlam, normal münasibətlərə malikdirlər.
O.Əsədov dövlətlərarası əməkdaşlığın genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd etmiş, parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Milli Məclisin sədri çinli həmkarını Azərbaycana səfərə dəvət etmişdir.
Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qəbulu zamanı nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Çin xalqına və hökumətinə minnətdarlıq etmiş, Azərbaycanın da Çinin ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırmışdır.
Söhbət zamanı O.Əsədov hər iki ölkənin hakim partiyaları arasında da gözəl münasibətlər olduğunu vurğulamış, partiya funksionerlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır.
Xı Qotsyan göstərilən qonaqpərvərliyə görə, minnətdarlıq etmişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında çox mühüm işlər görülmüş, yüksək nailiyyətlər əldə olunmuşdur. Bunu Milli Məclisin binası ilə tanışlıq zamanı da görmək olur. Qonaq Azərbaycan parlamentində deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
O demişdir ki, Azərbaycan Çin üçün çox dəyərli və sərfəli tərəfdaşdır. Rəsmi Pekin münasibətlərimizin daha da inkişafına mühüm əhəmiyyət verir.
Xı Qotsyan Çinin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlıq etmiş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Pekinin mövqeyinin dəyişmədiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmış, hökumət, parlament və hakim partiyaların nümayəndələri səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında