Peruda səfərdə olan Azərbaycanın xarici işlər naziri rəsmi görüşləri davam etdirir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peruya səfəri çərçivəsində bu ölkənin xarici ticarət və turizm naziri Jose Luis Silva Martinot ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə J.Martinot ölkəsinin iqtisadiyyatı və ticarət əlaqələri barədə məlumat vermiş və Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir. Turizm sahəsində həm Avropa, həm də Latın Amerikası ölkələri ilə geniş əməkdaşlıq əlaqələrinin olduğunu deyən perulu nazir Perunun əlverişli investisiya mühitindən danışmışdır. O, həmçinin Azərbaycandan investisiyaların cəlb edilməsi üçün müvafiq imkanların yaradılmasına hazır olduqlarını bəyan etmişdir.
E.Məmmədyarov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və Azərbaycan-Peru iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün müxtəlif səviyyəli səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın energetika sahəsində bir sıra ölkələrlə, o cümlədən Latın Amerikası dövlətləri ilə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdıran E.Məmmədyarov bu sahədə əlaqələrin yaradılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirmişdir.
Sonda E.Məmmədyarov J.Martinotu Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Perulu nazir dəvəti məmnuniyyətlə qəbul etmiş və iş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında