Səudiyyə Ərəbistanı Krallığının Dağlıq Qarabağ məsələsinə münasibəti çoxdan bəllidir və heç zaman dəyişməyəcəkdir

Ölkəmizə rəsmi səfərə gələn Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx jurnalistlərə müsahibəsində demişdir ki, biz dost və bizə yaxın olan ölkəyə səfərə gəlmişik.
Azərbaycana Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə gəldiyini vurğulayan qonaq qeyd etmişdir ki, məqsəd Səudiyyə Ərəbistanının Şura Məclisi ilə Azərbaycanın Milli Məclisi arasındakı əlaqələrin inkişaf etdirilməsidir. Bu da çox təbiidir. Çünki ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu səfər, həmçinin parlamentlər arasında tanışlıq və yaxınlaşmaya, bizə yaxın və əziz olan xalqla görüşməyə xidmət edir.
Bizim əsas görüşlərimiz Milli Məclisin sədri Oqtay Əsədov və parlamentlərarası dostluq qrupunun üzvləri ilə olacaqdır. Bu görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar və forumlar çərçivəsində hər iki ölkənin mövqeyinin uyğunlaşdırılması məsələlərini müzakirə edəcək, Şura Məclisinin Azərbaycan parlamentinə göstərə biləcəyi köməklik barədə fikir mübadiləsi aparacağıq.
Şura Məclisinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin mövqeyini ifadə edərkən vurğulamışdır ki, Səudiyyə Ərəbistanı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələri dəstəkləyir. Krallığın bu məsələyə münasibəti çoxdan bəllidir və heç bir zaman dəyişməyəcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında