Azərbaycan ilə Uruqvay arasında iki mühüm saziş imzalanmışdır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, L.Almaqro Lemas Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində ilk rəsmi səfərin olduğunu vurğulamışdır. Nazir bu cür qarşılıqlı səfərlərin Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və ağır nəticələri, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, problemin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat vermişdir. Nazir münaqişənin həllinin regionda davamlı sülhə və sabitliyə, inkişafa verəcəyi töhfələrdən danışmışdır.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, bu istiqamətdə yüksək səviyyəli ikitərəfli səfərlərin təşkili, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər, xüsusilə də Azərbaycanın qlobal enerji təhlükəsizliyində, regional əməkdaşlıq və inteqrasiyadakı rolu barədə geniş fikir mübadiləsi aparmışlar.
Sonda xarici işlər nazirləri Elmar Məmmədyarov və Luis Almaqro Lemas "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair Saziş"i və "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Uruqvay Şərq Respublikasının Artiqas Xarici Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i imzalamışlar.
Görüşdən sonra nazirlər paytaxt Montevideonun "Santos" sarayında təşkil olunmuş Uruqvay-Azərbaycan biznes forumunda iştirak etmişlər.
Biznes forumda çıxış edən nazirlər ölkələrimiz arasında iqtisadi sahədə geniş əməkdaşlıq potensialının mövcudluğunu qeyd etmişlər. Onlar bu forumun ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, informasiya texnologiyaları sahələrində mümkün sərmayə və ticarət imkanlarının müzakirəsi üçün əhəmiyyətindən danışmışlar.
Biznes forum çərçivəsində Azərbaycanın və Uruqvayın ekspertləri tərəfindən hər iki ölkənin iqtisadi vəziyyəti, biznes və sərmayə mühiti, potensial əməkdaşlıq perspektivləri barədə təqdimatlar edilmişdir. Təqdimatlardan sonra isə hər iki ölkədən olan şirkət nümayəndələri arasında işgüzar görüşlər keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında