Uruqvay Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Uruqvay Şərq Respublikasına rəsmi səfər etmişdir. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov səfər çərçivəsində Uruqvay Prezidenti Xose Alberto Muxika Kordano ilə görüşmüşdür.
Prezident Azərbaycan nümayəndə heyətinin Uruqvaya bu ilk rəsmi səfərdən məmnunluğunu ifadə etmiş və bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını X. Muxika Kordanoya çatdıran E.Məmmədyarov dövlətimizin başçısının uruqvaylı həmkarına Azərbaycana səfər etmək ilə bağlı dəvət məktubunu Uruqvay Prezidentinə təqdim etmişdir.
Uruqvay dövlətinin başçısı onun da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, dəvətə görə təşəkkürünü bildirmişdir.
E.Məmmədyarov Uruqvay Prezidentinə ölkəmizin inkişaf strategiyası, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələri, problemin həllinə dair ölkəmizin mövqeyi, o cümlədən münaqişənin nizamlanmasının regionun inkişafına verəcəyi töhfələr barədə ətraflı məlumat vermişdir.
Görüşdə Azərbaycanın və Uruqvayın öz regionlarında strateji əhəmiyyətə və sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr olduğu vurğulanmış, respublikalarımız arasında əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilmişdir. Bundan əlavə, enerji, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları sahələrində qarşılıqlı faydalı ticarət və sərmayə imkanları barədə, eləcə də regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında