ABŞ-ın Missisipi Ştatı ilə Azərbaycan Respublikası arasında çox geniş əlaqələr vardır

Bakıda səfərdə olan ABŞ-ın Missisipi Ştatının Senatının üzvləri iyulun 28-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında olmuşlar. 
Senatorlar burada YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüşmüşlər.
Əli Əhmədov Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, regionda və dünyada artan nüfuzu, problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində sürətli inkişaf yolu keçmişdir. Son illər ərzində ölkə iqtisadiyyatında 3 dəfə artım olmuş, yoxsulluq səviyyəsi 50 faizdən 7 faizə enmiş, 1 milyondan çox yeni iş yeri açılmışdır. Azərbaycanın 2020-ci il üçün yeni inkişaf konsepsiyası hazırlanır və bu sənəddə iqtisadiyyatın 2 dəfədən çox artımı, insanların həyat şəraitinin daha da yaxşılaşması və sair məsələlər nəzərdə tutulmuşdur.
Azərbaycan indi regionda həyata keçirilən layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır.
Terrorizmə qarşı beynəlxalq səviyyədə aparılan mübarizədə də ölkəmiz fəal iştirak edir. Lakin buna baxmayaraq Azərbaycan özü terrordan əziyyət çəkir. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından qovulmuş, Azərbaycanın 20 faiz torpaqları işğal olunmuşdur. Rəsmi Bakı bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Ə.Əhmədov demişdir ki, demokratik inkişaf yolu tutmuş Azərbaycan Avropaya inteqrasiya edir. Rəsmi Bakı bütün nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Amerika ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İnanırıq ki, amerikalı senatorların Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir. Bu səfər eyni zamanda Amerika ictimaiyyətinə Azərbaycan ilə bağlı daha çox məlumat çatdırılmasında mühüm rol oynayacaqdır.
Missisipi Ştatının senatoru Hilman Terome Frazier onlara göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq etmişdir. Bildirmişdir ki, bu onların Azərbaycana ikinci səfərləridir. İlk dəfə Bakıda 1999-cu ildə olduqlarını vurğulayan senator demişdir ki, ötən illər ərzində Azərbaycan həqiqətən də sürətli inkişaf yolu keçmişdir. Paytaxt Bakı əsaslı şəkildə dəyişmiş, gözəlləşmişdir. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan Respublikası ilə Missisipi Ştatı arasında çox gözəl münasibətlər və əməkdaşlıq əlaqələri vardır. Biz Ştatın senatorları olaraq bu əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində maraqlıyıq. İnanırıq ki, bu cür səfərlər əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.
Sonra görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində beynəlxalq ictimaiyyətin rolu, iqtisadi sahədə əməkdaşlıq və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev və digər şəxslər iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında