Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpoziumda iştirak etmək üçün Naxçıvana gəlmiş alimlərin bir qrupu ilə görüşmüşdür.
Qonaqları Azərbaycanın qədim diyarı olan Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin sədri demişdir: "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq əhəmiyyətli elmi tədbirin keçirilməsi üçün uzun illər hazırlıq işləri görülmüş və real zəmin yaradılmışdır. Hələ 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan" mövzusunda keçirilən Beynəlxalq simpozium Naxçıvanın qədim tarixi və zəngin mədəniyyətinin öyrənilməsi və təbliğində istinad nöqtəsi olmuş, 2009-cu ildə baş tutan "Nuh peyğəmbər. Dünya tufanı və Naxçıvan" və 2011-ci ildə keçirilən "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzularında Beynəlxalq simpoziumlar da mühüm elmi və ictimai əhəmiyyət daşımışdır. Bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi kimi Naxçıvan ərazisində yeni tədqiqat işləri və arxeoloji qazıntılar aparılmış, "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan tarixi atlası", "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan", "Naxçıvanda arxeoloji tədqiqatlar" kimi elmi ədəbiyyatlar nəşr olunmuş, 2000-ə yaxın tarixi abidə qeydə alınaraq pasportlaşdırılmış, 50-dən artıq tarix və mədəniyyət abidəsi bərpa edilmişdir.
Ali Məclisin sədri "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpoziumun mühüm bir məsələyə - müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvanın yaranma və inkişaf tarixinə həsr olunduğunu bildirərək demişdir: Bu simpoziumun əhəmiyyəti ondan ibarətdir ki, o, Naxçıvanın ilkin yaşayış yeri kimi tədqiqatında, ilkin şəhər mədəniyyətinin öyrənilməsində yeni mərhələnin başlanğıcı olacaqdır.
Qeyd olunmuşdur ki, əldə olunan arxeoloji materiallar bizim eradan əvvəl 12-ci minillikdən başlayaraq indiki Naxçıvan ərazisində intensiv həyatın davam etdiyini, bu ərazidə ikinci sivilizasiyanın mühüm elementi olan ilkin şəhər mədəniyyətinin formalaşdığını sübut edir. Naxçıvan ərazisindəki Duzdağ ilkin şəhər mədəniyyətinin ən dəyərli və qədim nümunələrindən biridir. "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpozium Duzdağ mədəniyyətinin sistemli şəkildə və dərindən araşdırılmasına stimul verəcəkdir. Eyni zamanda, bir daha təsdiq olunacaq ki, Azərbaycan torpağı olan 5 min yaşlı Naxçıvan bəşər mədəniyyətinin ən dəyərli incilərindən biridir. Simpoziumdan sonra aparılacaq tədqiqat işləri, arxeoloji qazıntılar nəticəsində Naxçıvanın 5 min illik tarixi daha dərindən öyrəniləcəkdir.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, simpozium qarşıya qoyulan vəzifələrə nail olacaq, yeni tədqiqat işlərinin aparılmasına və Azərbaycanın qədim tarixinin daha dərindən öyrənilməsinə təkan verəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, akademik Nailə Vəlixanlı və türkiyəli professor Oktay Bəlli bildirmişlər ki, Nuh peyğəmbərin vətəni olan Naxçıvan tarixi abidələr diyarı, dünya mədəniyyətinin beşiyidir. Naxçıvanda keçirilən beynəlxalq əhəmiyyətli elmi-ictimai tədbirlər, aparılan tədqiqat işləri Azərbaycanın, eyni zamanda, dünya mədəniyyətinin, tarixinin öyrənilməsinə mühüm töhfədir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında