Azərbaycan ilə Argentina arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və etiqad naziri Hektor Timerman ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə vurğulanmışdır ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, son dövrlər həyata keçirilmiş qarşılıqlı səfərlər, tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, habelə biznes forumların keçirilməsi Azərbaycan-Argentina əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar açmışdır.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır. İqtisadi-ticarət, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, İKT, infrastruktur, tikinti sektorlarında birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunmuşdur.
Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, xüsusilə də sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, təhsil, mədəniyyət, turizm, rabitə və informasiya texnologiyaları, ədliyyə sahələrində əməkdaşlıq haqqında müzakirə mərhələsində olan sənəd layihələrinin tezliklə imzalanmasının vacibliyini vurğulamışlar.
Görüşün sonunda Azərbaycanın və Argentinanın xarici işlər nazirləri "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair Saziş" imzalamışlar.
İmzalanma mərasimindən sonra nazirlərin birgə mətbuat konfransı keçirilmişdir. Nazirlər bu səfərin və apardıqları müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verəcəyini vurğulamışlar. Qeyd edilmişdir ki, imzalanmış sazişə əsasən, yaradılacaq hökumətlərarası iqtisadi komissiya Azərbaycan ilə Argentina arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı və konkret layihələrin razılaşdırılması üçün əhəmiyyətli çərçivə olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında