"Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası" ikicildliyinin Azərbaycan dilində versiyasının təqdimatı olmuşdur

İyulun 26-da Bakıda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun çıxışlarından və müsahibələrindən ibarət "Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası" adlı ikicildliyinin Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimatı və eyniadlı konfrans keçirilmişdir. 
Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov Prezident Qurbanqulu Berdiməhəmmədovun həyata keçirdiyi xarici siyasət haqqında məlumat vermiş, yeni nəşrdə bu məsələlərdən geniş bəhs olunduğunu vurğulamışdır.
Ölkələrimiz arasında çoxəsrlik dostluq əlaqələrinin olduğunu diqqətə çatdıran səfir Azərbaycan və Türkmənistanın siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlıq etdiyini, münasibətlərin beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etdiyini qeyd etmişdir. T.Komekov vurğulamışdır ki, "Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası" kitabının Azərbaycan dilinə tərcümə olunması ikitərəfli münasibətlərin bundan sonra da genişlənməsinə töhfə verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov "Müstəqilliyin 20 illiyi ərzində Türkmənistan və Azərbaycanın ikitərəfli əlaqələri" mövzusunda məruzə ilə çıxış etmişdir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyinin qeyd olunduğunu diqqətə çatdıran F.Məmmədov əminliklə vurğulamışdır ki, həm Azərbaycan, həm də Türkmənistan müstəqil siyasət yürüdərək milli inkişaf modeli yaratmağa nail olmuşdur.
Azərbaycanın 2020-ci ilə qədərki inkişaf konsepsiyasının müəyyənləşdirildiyini vurğulayan SAM-ın direktoru bu konsepsiyada bütün qonşu ölkələrlə, o cümlədən Türkmənistan ilə əlaqələrin möhkəmləndirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Tədbirdə "Türkmənistan-Azərbaycan əlaqələri: xalq diplomatiyasının potensialı" mövzusunda çıxış edən Azərbaycan Diplomatik Akademiyasının (ADA) prorektoru Fariz İsmayılzadə iki ölkə arasında münasibətlərin inkişafı baxımından kitabın əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, nəşr Türkmənistanın xarici siyasət kursu ilə tanış olmaq üçün yaxşı imkan yaradır.
Kitabın Azərbaycan dilinə tərcümə olunmasında xidmətləri olan "Letterpress" nəşriyyat evinin direktoru Cabir Əsədov və "AZMECO" şirkətinin prezidenti Nizami Piriyev ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından nəşrin əhəmiyyətindən danışmışlar.
Tədbirdə Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Begenç Karayev "Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası: sülhün fəlsəfəsi və qüvvədə olan sülh və əməkdaşlıq", İsveçrənin Azərbaycandakı, eyni zamanda Türkmənistandakı səfiri Sabina Ulman Şaban "Türkmənistanın bitərəfliyi", Türkmənistanın BMT-dəki ilk nümayəndəsi Amangəldi Rəhmanov "Türkmənistanda yüksək ixtisaslı diplomatik kadrların hazırlanması təcrübəsi" mövzusunda məruzələrlə çıxış etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında