Aleksey VLASOV: Azərbaycan cəmiyyəti üçün İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur

Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkilərində namizədinin İlham Əliyev olacağını bəyan etməsi cəmiyyətdə geniş əks-səda doğurmuşdur. 
"Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov çərşənbə axşamı elektron poçt vasitəsilə Trend-ə bildirmişdir ki, Azərbaycan cəmiyyəti üçün İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur. Ona görə də, onun üçüncü müddətə seçilməsi şansları, əlbəttə ki, böyükdür.
Ekspertin fikrincə, Azərbaycan Prezidentinin əsas ritorikası sosial modernləşdirmə mövzuları və yoxsulluğun səviyyəsinin daha da azalması ətrafında cəmləşəcək: "Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, məhz bu problemlər daha tez-tez İlham Əliyevin çıxışlarının mərkəzi bəndləri olacaq. Hər şeydən göründüyü kimi, bu tendensiya 2013-cü ildə də saxlanacaq".
A.Vlasov bildirmişdir ki, Rusiya üçün dostluq, qarşılıqlı faydalı münasibətlərin inkişafı, sabit və uğurlu Azərbaycan maraqlıdır.Ona görə də, Moskvada 2013-cü il seçki kampaniyasının gedişi böyük diqqətlə izlənəcək. Amma seçimi, əlbəttə, Azərbaycan xalqı özü edəcək.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədinin partiyanın sədri, hazırkı Prezident İlham Əliyev olacağını bəyan etmişdir: "Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda, xalqın əksəriyyəti tərəfindən dəstəklənir".
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, 2013-cu ilin payızında prezident seçkisi keçiriləcək və buna uyğun olaraq YAP özünün qurultayını keçirməyi planlaşdırır ki, seçki ərəfəsində müəyyənləşdirdiyi namizədi rəsmi şəkildə irəli sürsün.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında