Qondarma "Dağlıq Qarabağ respublikasında keçirilən seçkilər" heç nəyi dəyişməyəcəkdir

Qondarma "Dağlıq Qarabağ respublikası" beynəlxalq aləmdə tanınmır.
Bu sözləri Rusiyanın tanınmış politoloqu Sergey Markedonov "Exo Moskvı" radiosuna müsahibəsində demişdir.
S.Markedonov bildirmişdir ki, qondarma "prezident seçkiləri" dünyanın aparıcı siyasətçilərinin danışıqlarında müzakirə mövzusu olmur. Həm Qərb, həm də Rusiya Azərbaycan ilə münasibətləri pozmaq fikrində deyil. Ümumiyyətlə, "seçkilərə" hüquqi cəhətdən yanaşdıqda bu haqda danışmaq üçün söz belə yoxdur. "Seçkiləri" müşahidə edən missiyaya gəldikdə isə qeyd etmək lazımdır ki, orada Uruqvaydan, Argentinadan və erməni lobbisinin çox olduğu başqa uzaq ölkələrdən nümayəndələr iştirak etmişlər. Lakin onların heç biri dövlətin rəsmi mövqeyini əks etdirmir. Bunun üçün onların nə səlahiyyəti, nə də ixtiyarı var. Odur ki, bu "seçkilər" heç nəyi dəyişməyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında