ABŞ Bakı-Poti tranzit dəhlizinin təkmilləşdirilməsinə yardım göstərmək niyyətindədir

ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsinə yardım məqsədi ilə bu ölkənin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində ABŞ-ın Ədliyyə Departamentinin nümayəndəsi Robert Peacockun rəhbərlik etdiyi nümayəndə heyəti görüş keçirilmişdir.
Dövlət Gömrük Komitəsindən (DGK bildirmişlər ki, Robert Peacock ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsi üçün gömrük orqanlarına gömrük nəzarətinin təşkili sahəsində islahatların aparılması və digər əlaqəli məsələlərin həllinə yardımların göstərilməsinin nəzərdə tutulduğunu demişdir. Məlumat verilmişdir ki, regionda tranzit dəhliz Azərbaycanın Bakı və Gürcüstanın Poti dəniz limanlarını əhatə edir və bu limanlar arasında dəmiryolu vasitəsilə daşımaların təhlükəsizliyi və asanlaşdırılması üçün müasir texnoloji avadanlıqların tətbiqi planlaşdırılır. İlkin mərhələdə həmin sahədə mövcud vəziyyət qiymətləndiriləcək və bu məqsədlə nümayəndə heyəti Azərbaycandan sonra Gürcüstana da səfər edəcəkdir.
Nümayəndə heyəti səfər zamanı DGK-da, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) gömrük xidmətinin müasirləşdirilməsi və gömrük sahəsində islahatların keçirilməsi üzrə proqramının mütəxəssisləri ilə və TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin Bakı şəhərindəki mənzil-qərargahında görüşlər keçirmiş, eləcə də Bakı dəniz limanında və "Azərbaycan Dəmir Yolları" QSC-nin Keşlə yük stansiyasında olmuşdur.
Dövlət Gömrük Komitəsindəki görüşdə Azərbaycan tərəfinə Baltik və Qara dənizləri arasında həyata keçirilən layihə barədə məlumat verilmiş və ölkəmizdə də eyni layihənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında