Əli HƏSƏNOV: "Rüstəm İbrahimbəyov kino sənəti ilə biznes arasında vurnuxur"

"Rüstəm İbrahimbəyov düşünür ki, əgər o keçmişdə bir-iki kino çəkibsə, bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır və nə edəcəyini gözləməlidir. Ancaq belə deyil. Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhfə verə bilən adamlar görməlidir. Buna görə də yeni ittifaqın yaranması tam normal haldır". 
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kinorejissor Rüstəm İbrahimbəyovun onunla bağlı fikirlərini şərh edərkən bildirib.
Ə. Həsənov deyib ki, o, bəlli bir işlə məşğuldur və özünü də bu işdə tapıb: "Həm mənəvi, həm də maddi cəhətdən məni bugünkü vəzifəm qane edir. Nəbzim Azərbaycanın siyasi həyatı ilə birbaşa həmahəngdir. Yazıq Rüstəm İbrahimbəyovdur ki, keçmişdə məşğul olduğu və Rasim Ocaqov kimi sənətkarların istedadı ilə az-çox müvəffəqiyyət qazandığı kino sənəti ilə hazırda məşğul olmaq istədiyi biznes arasında vurnuxur. O nə Moskvada aldadaraq pullarını topladığı iş adamlarının pulunu geri qaytara bilir, nə də ki onlara vəd edib, Şəhidlər Xiyabanı yaxınlığında tikmək istədiyi fantastik "gəlir gətirəcək" restoranlar layihəsini həyata keçirə bilir. Bax belə bir situasiyada düşünürəm ki, Rüstəm İbrahimbəyovun özü yazıq vəziyyətdədir. Mən onun yerinə olsaydım, bir yolunu tapıb çəkilərdim təbiətə, bir az istirahət edərdim".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında