Mübariz QURBANLI: Danışıqlar prosesinin intensivləşdiyi bütün zamanlarda Ermənistan təxribatçı hərəkətlər edir

"Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe numayiş etdirir və təxribatlarını davam etdirir. Təbii ki, burada üçüncü qüvvənin də təsiri özünü göstərir. Üçüncü qüvvə Ermənistanın bu məsələdə bir alət kimi işlədilməsinə maraq göstərir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.
M.Qurbanlı bildirmişdir ki, ermənilər hər zaman danışıqların gedişinə əngəl olmaq üçün bəzi təxribatlara əl atırlar və biz bunu zaman-zaman müşahidə etmişik. Dağlıq Qarabağ problemi, onun anatomiyası, danışıqların gedişi, indiyə qədər olan təkliflər cəmiyyətə bəllidir: "Ermənistanın atdığı addımlara baxaq. Danışıqlar zamanı razılaşdırılmış məsələlər müəyyən olunur və sonra razılaşdırılmamış məsələlərə keçilir. Bu mərhələdə ermənilər yenə qayıdır əvvəlki məsələlərə. Bu onu göstərir ki, Ermənistan danışıqları uzatmaqla zamanı öz xeyirlərinə istifadə etməyə çalışırlar. Amma erməni hiyləsi onun ziyanına işləyir. Azərbaycan öz müdafiə qabiliyyətini artırıb, gücləndirib. Erməni tərəfi müəyyən manevrlərlə danışıqlar prosesini dalana aparmaq istəyir. Amma Azərbaycan tərəfi real təklifləri ortaya qoyduqda ermənilərin deməyə sözü olmur. Yalnız prosesi pozmağa xidmət edən addımlar atır".
YAP İcra katibinin müavini qeyd etmişdir ki, Ermənistanın Xankəndidə hava limanı tikərək istifadəyə vermək cəhdi növbəti təxribatdır, danışıqlar prosesinə vurulan zərbədir. Beynəlxalq hüquqda işğal olunmuş ərazilərin statusu müəyyən edilmişdir:"Yəni, bu ərazi sahibsiz deyil, Azərbaycanındır və Ermənistan bu torpaqları işğal edib. Ona görə də, bu ərazidə baş verən bütün hadisələrə, təxribatlara işğalçı Ermənistan cavabdehlik daşıyır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz əməllər həyata keçirir. Hətta başqa ölkələri də buna cəlb etmək istəyir. Amma Azərbaycan bəyan edib ki, işğal olunmuş ərazilərdə hansısa iqtisadi addımlar atılırsa, hansısa xarici bir şəxs oraya gəlirsə, xarici şirkət orada iş qurursa Azərbaycan bunun qəti əleyhinədir və belə hərəkətlərə yol verənlərə qarşıdır. Bu əraziyə Azərbaycanın razılığı olmadan gələnlər "persona-non-qrata" elan edilir. İşğal olunmuş ərazidə hansı hava limanını inşa etmək olar? Burada məqsəd nədir? Digər tərəfdən, bu ərazidə hava limanından istifadə edəcək insanlar yoxdur. Erməni xalqının iqtisadi imkanları buna yol vermir. Yəni, bu bir təxribatdır".
M.Qurbanlı bildirmişdir ki, Ermənistanın işğal olunmuş ərazidə oyuncaq bir rejim yaradaraq "seçkilər" keçirməsi də təxribatdır. Həmin qondarma "prezident seçkilərini" nə Azərbaycan, nə də beynəlxalq təşkilatlar tanımır: "Bu cür "seçkilərin" keçirilməsi işğal olunmuş ərazilərdəki separatçı rejimin üzərinə pərdə çəkməkdir. Əslində, burada olan hərbi quldur rejimi işğal olunmuş ərazi sayılan bir sistemə daxildir, bu da rəsmi Yerevan tərəfindən idarə olunur. Azərbaycan tərəfi hər zaman belə hərəkətlərə qarşı qəti etirazını bildirib. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkməlidir".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında