Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "prezident seçkiləri" münaqişənin nizamlama prosesinə mənfi təsir göstərir

İyulun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən proseslər, Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən nazir E.Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin, eləcə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "prezident seçkiləri"nin nizamlama prosesinə mənfi təsir göstərdiyini vurğulamışdır.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığı və mövqeyinin möhkəmləndiyi qeyd edilən görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti və beynəlxalq təşkilatlar ilə əməkdaşlığı müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında