Avropa İttifaqı qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən "prezident seçkiləri"nin nəticələrini tanımayacaqdır

İyulun 19-da Dağlıq Qarabağda "prezident seçkiləri" keçirilib. Mən qeyd etmək istərdim ki, Avropa İttifaqı "seçkilər"in keçiriləcəyi konstitusion və hüquqi çərçivələri tanımır.
Bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma "respublika"da keçirilən "prezident seçkiləri"nə dair bəyanatında demişdir.
Ketrin Eşton birmənalı şəkildə bəyan etmişdir ki, bu "seçkilər"in nəticələri Avropa İttifaqı tərəfindən tanınmayacaqdır.
Bəyanatda K.Eşton ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin dinc yolla həll olunması üçün göstərdikləri səyləri bir daha dəstəklədiyini bildirmişdir.
Xanım K.Eşton demişdir: "Mən tərəfləri münaqişənin danışıqlar vasitəsilə Madrid prinsipləri əsasında həlli yolunun tapılması üzrə səylərini fəallaşdırmağa çağırıram. Avropa İttifaqının bu istiqamətdəki səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm."


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında