Devid HARRİS: ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına bundan sonra da dəstək verəcəyik

İyulun 18-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) icraçı direktoru Devid Harris ilə görüşmüşdür.
N.İbrahimov dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Amerika Yəhudi Komitəsi ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Bu da dostluq əlaqələrimizdən qaynaqlanır, - deyən komitə sədri diasporumuzun fəalları arasında Azərbaycan Respublikasının vətəndaşları olan yəhudilərin də olduğunu qeyd etmişdir.
N.İbrahimov bildirmişdir ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunan Azərbaycan dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarımızın fəaliyyətinə böyük əhəmiyyət verir. Çünki informasiya müharibəsində qəti mövqeyimizi bildirmək Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından olduqca vacibdir.
Diaspor və lobbiçilik fəaliyyəti sahəsində Azərbaycanın yaxın tərəfdaşlarının təcrübəsindən daim faydalanmağa çalışdığını qeyd edən komitə sədri vurğulamışdır ki, bu istiqamətdə zəngin təcrübəyə malik yəhudi diasporu ilə əməkdaşlıq Azərbaycan diasporunun mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Səfərin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirən N.İbrahimov keçirilmiş görüşlərin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyini bildirmişdir.
Azərbaycanın ABŞ üçün vacib ölkə olduğunu vurğulayan qonaq səfərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafında növbəti addım kimi qiymətləndirmişdir.
Qonaq Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndirmiş və səfər çərçivəsində keçirilən görüşlərdə bu məsələnin də müzakirə olunduğunu qeyd etmişdir.
Amerikadakı yəhudi diasporunun xalqımızın dostu olduğunu deyən Devid Harris ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına bundan sonra da dəstək verəcəklərini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında