Xarici İşlər Nazirliyi: Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda qondarma "seçkilərin" keçirilməsi sülh danışıqları prosesinə zərbədir

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda qondarma "seçkilərin" keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə uyğun gəlmir, əksinə, bu, prosesə zərbədir.
Bu sözləri jurnalistlərə iyulun 18-də Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
XİN-in sözçüsü vurğulamışdır ki, bu addım mövcud status-kvonu daha da möhkəmlədir və erməni tərəfinin danışıqlar aparmaq arzusunda olmadığını təsdiqləyir. Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan, qanunsuz səfər edənlər arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır.
Xatırladaq ki, Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionunda qondarma "prezident seçkiləri"nin keçiriləcəyi barədə məlumat yaymışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında