ATƏT Parlament Assambleyasının 2014-cü ildəki yay sessiyası Azərbaycanda keçiriləcəkdir

Bir neçə ildir ki, ATƏT Parlament Assambleyasının (PA) tədbirlərindən birinin Azərbaycanda keçirilməsinə çalışırdıq. Nəhayət buna nail olduq. Artıq 2014-cü ildə ATƏT PA -nin ilk yay sessiyasının Azərbaycanda keçirilməsi haqqında təşkilatın daimi komitəsində qərar qəbul olunmuşdur.
Bu sözləri AzərTAc-a müsahibəsində Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir.
B.Muradova bildirmişdir ki, bu, Azərbaycan üçün çox böyük uğurdur. İllik sessiyanın təşkil olunması kifayət qədər məsuliyyətli və çətin işdir. Azərbaycanın bunun öhdəsindən gələcəyinə çox böyük inamımız vardır. Artıq qurumun rəsmiləri də bu tədbirin yüksək səviyyədə keçiriləcəyi barədə indidən proqnoz verirlər. Çünki onlar ölkəmizin beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olmuşlar. Qarşıdakı iki il ərzində görülən işlər də ATƏT-ə üzv olan ölkələrdə Azərbaycanın təbliğ olunmasına xidmət edəcəkdir.
Milli Məclis sədrinin müavini onu da vurğulamışdır ki, cari ildə tədbirə ev sahibliyi edən Monako illik yay sessiyasının uğurlu keçməsi üçün bütün səylərini ortaya qoymuşdur. Cəmi 32 min nəfər əhalisi olan Monako tədbiri böyük dövlətlər səviyyəsində təşkil etməyi bacarmışdır. Bununla da, belə məsələlərdə bütün dövlətlərin bərabər səviyyədə olması fikri özünü bir daha doğrultmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında