Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresin diplomatik fəaliyyəti başa çatmışdır

İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torres ilə görüşmüşdür. 
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Azərbaycan-Kuba münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edərək ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfirə minnətdarlığını bildirmişdir.
Səfir isə Azərbaycanda işlədiyi dövrdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın qurulduğunu, münasibətlərin daha da genişləndirilməsi və inkişafı naminə fəaliyyət göstərdiyini vurğulamışdır. Diplomat faydalı əməkdaşlığa görə minnətdarlığını ifadə etmişdir.
Nazir kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında