Meksika Konqresinin Deputatlar Palatasının sədri Azərbaycana səfərə gəlmişdir

Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse iyulun 17-də Azərbaycana səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Oskar Arseni Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Oskar Arse hava limanında jurnalistlərə müsahibəsində demişdir ki, səfərin məqsədi Azərbaycanın və Meksikanın qanunverici orqanları arasında əlaqələrin və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparmaqdır.
Oskar Arse bildirmişdir ki, Meksika Konqresinin Deputatlar Palatası və Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etməklə Azərbaycan xalqının yanında olduğunu bir daha göstərmişdir. O vurğulamışdır ki, Meksika Azərbaycanın bütün siyasi addımlarını dəstəkləyir.
Deputatlar Palatasının sədri, həmçinin qeyd etmişdir ki, Meksika neft-qaz sahəsində böyük təcrübəsi olan Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.
Səfər çərçivəsində O.Arsenin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında