Fransanın milli bayramı şərəfinə

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Bakıdakı diplomatik korpusların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycanın və Fransanın dövlət himnləri səslənmişdir.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Azərbaycan ilə Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.
Son illərdə ölkəmizin sürətli inkişafından danışan P.Mönye, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirmişdir.
Azərbaycanın dinamik inkişafını qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu demişdir.
Maliyyə naziri Samir Şərifov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır.
Dost ölkənin tarixinə toxunan nazir, Avropa tarixinin və mədəniyyətinin formalaşmasında Fransanın vacib ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır.
Ölkəmizin Fransa ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayan S.Şərifov, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirmişdir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümünün tamam olduğunu vurğulayan S.Şərifov, münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında