Rəcəb Tayyib ƏRDOĞAN: Ağrı dağının əzəməti və Naxçıvanın qardaşlığı ilə İğdır örnək bir vilayətdir

Türkiyənin Naxçıvan ilə həmsərhəd olan İğdır vilayətinin mərkəzində tikintisi başa çatmış aeroportun açılışı olmuşdur.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım və digər rəsmi şəxslər aeroportun açılışında iştirak etmişlər.
Rəcəb Tayyib Ərdoğan açılış mərasimində bildirmişdir ki, Ağrı dağının əzəməti və Naxçıvanın qardaşlığı ilə İğdır örnək bir vilayətdir. Bu aeroport Türkiyə-Azərbaycanlı qardaşlarımıza xidmət edəcəkdir. İğdır aeroportunun təməli 1996-cı ildə qoyulmuş, lakin 2001-ci ildə tikinti işləri dayandırılmışdı. 2010-cu ildə isə tikinti işləri bərpa edilmişdir. Bu hava limanı vasitəsilə Ankara, İstanbul və İzmirdən ildə 500 min sərnişin daşınacaqdır.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında