ATƏT-in baş katibi: "Status-kvo Dağlıq Qarabağ münaqişəsinin həlli yolu deyil"

APA-nın məlumatına görə, bu fikri İrəvanda jurnalistlərə verdiyi açıqlamada ATƏT-in baş katibi Lamberto Zannyer deyib. 
O qeyd edib ki, münaqişə yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll oluna bilər. O Bakı və İrəvanda keçirdiyi görüşlərin ana xəttini bu yanaşmanın təşkil etdiyini deyib. Baş katib qoşunların təmas xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib və snayperlərin geri çəkilməsinin, insidentlərin təhqiqatı mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.
Zannyer tərəfləri cavab reaksiyası verməkdən çəkinməyə çağırıb, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, deputatları, jurnalistləri arasında əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, qarşıdurmanın eskalasiyası əvəzinə, danışıqların dinamikasını stimullaşdırmaq lazımdır. O münaqişə tərəflərini öz cəmiyyətlərini sülhə hazırlamağa çağırıb.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında