Əhməd DAVUDOĞLU: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir

Ermənistan, ilk növbədə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir və yalnız bundan sonra Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə düşünə bilər. 
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu sözləri şənbə günü Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu demişdir.Diplomat Ermənistana açıq mesaj vermişdir: "Biz hər dəfə təkrar edirik ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir. Bundan sonra Ermənistan-Türkiyə sərhədi açıla, Ermənistan iqtisadiyyatını dirçəldəcək iqtisadi əməkdaşlıq qurula bilər". Qeyd edək ki, Türkiyə və Ermənistan arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası və Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında