Qüdrət HƏSƏNQULİYEV: Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İctimai Palatanın gələn il keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müxalif düşərgədə yaranmış gərginliyə münasibət bildirərkən demişdir: "Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram. Ona görə də onların bir-birinə güzəştə getmələri çətin məsələdir". 
Q. Həsənquliyev qeyd etmişdir ki, xarici qüvvələrin İctimai Palatanı dəstəkləməsinin gözlənilən olmadığı bəllidir: "Beynəlxalq Birlik Azərbaycanın indiki prezidentini birmənalı şəkildə dəstəkləyir. Xüsusilə də ABŞ, Rusiya və Türkiyə - o ölkələr ki, onların Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları var. Hazırda Azərbaycanın yürütdüyü daxili və xarici siyasət hər üç dövlətin maraqlarına əsasən cavab verir".
Partiya sədri Azərbaycanda ciddi sosial gərginlik olmadığını da diqqətə çatdırmışdır: "Eyni zamanda cəmiyyət də yeni keyfiyyət dəyişikliklərinə hazır deyil. Bu baxımdan, nəinki İctimai Palatanın, bütövlükdə müxalifətin bu seçkilərdə uğur qazanmaq şansı çox aşağıdır.
İctimai Palatanın vahid namizəd müzakirələri ilə bağlı bir də onu deyə bilərəm ki, məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər. İctimai Palatada bu tipli müzakirələr gedir. Hər halda bu iki şəxs həmin düşərgədə təmsil olunan insanların arasında ən çox tanınanlardır. Məncə, bu şəxslərin namizədliyi o düşərgənin seçkilərdə daha yaxşı təmsilçiliyini şərtləndirə bilər. Ancaq həmin şəxslərdən birinin namizədliyinin irəli sürülməsinin də hazırda İctimai Palata adı ilə çıxış edən düşərgəyə ciddi uğur qazandıra bilməyəcəyinə əminəm.
Düşünürəm ki, bütövlükdə müxalifət qüvvələri sonradan sarsıdıcı xəyal qırıqlığına düçar olmamaq üçün seçkilərdə qələbə qazanmağı hədəf seçməməli, cəmiyyətin inkişafına töfhə vermək üçün onun irəli aparılmasının yolları barədə düşünməlidirlər".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında