Erməni politoloqlar: İranla müharibə başlayacağı təqdirdə Qərb Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün Azərbaycana yaşıl işıq yandıracaq

Avropa Birliyinin İrana sanksiya tətbiq etməsi Ermənistan iqtisadiyyatına böyük zərbə vuracaq
"Ermənistan Qərb dövlətlərinin İranla müharibəsinə ciddi yanaşır və bunu Azərbaycan tərəfdən özünə qarşı təhdid kimi görür". "Rusiya tərəfi İsrailin Azərbaycana silah satmasından heç bir narahatlıq duymur".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri "RİA Novosti" Beynəlxalq İnformasiya Agentliyində keçirilən Moskva-İrəvan telekörpüsündə Din və Siyasət İnstitutunun prezidenti, politoloq Aleksandr İqnatenko bildirib. Onun sözlərinə görə, İsraillə Rusiya arasında hərbi sahədə əməkdaşlıq var: Eyni zamanda İsraillə Azərbaycan arasında da hərbi sahədə əməkdaşlıq ola bilər.
İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan rəsmi Ermənistanın İrandakı vəziyyətdən narahat olduğunu söyləmişdir. O, Ermənistanın İranla həm siyasi, həm də iqtisadi əlaqələrinin olduğunu bildirmişdir: "Region ölkələrindən fərqli olaraq İranla Ermənistanın sərhədi açıqdır və İran Ermənistan iqtisadiyyatına mühüm töhfə verir. Belə demək mümkündürsə, İran Ermənistanı həyatla təmin edir". A.İsgəndəryan qeyd etmişdir ki, Ermənistan ABŞ-ın İranla yüksək səviyyədə əlaqələr qurmağa icazə verdiyi yeganə ölkədir: "Avropa Birliyinin İrana sanksiya tətbiq etməsi Ermənistan iqtisadiyyatına böyük zərbə vuracaq".
İsrailin Azərbaycana silah satması faktını şərh edən erməni politoloq Qərb dövlətlərinin Azərbaycanı İrana qarşı qoymaq cəhdlərinin baş tutmayacağını vurğulamışdır: "Fikirləşmirəm ki, Azərbaycan hökuməti İranla müharibə başlanacağı təqdirdə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan versin".
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, politoloq Vladimir Sajin bildirmişdir ki, artıq BMT Təhlükəsizlik Şurasının, ABŞ və Avropa Birliyinin sanksiyalarının nəticələri özünü göstərir: "Rəsmi məlumatlara görə, İranda inflyasiya 40 faiz, qeyri-rəsmi rəqəmlərə görə, 70 faizdir. İranda sürətlə bahalaşma gedir. Artıq İran Ali Məclisinin beynəlxalq münasibətlər komitəsində Hörmüz körfəzinin bağlanmasına dair müzakirələr gedir. İranın başqa yolu qalmayıb. İran bu yolla ona qarşı olan sanksiyalara cavab vermək istəyir. Əgər İran Hörmüz körfəzini bağlasa, o zaman müharibə qaçılmaz olacaq".
Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan İrana qarşı hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycanın bundan istifadə edəcəyini söyləmişdir: "Azərbaycan fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə cəhd göstərəcək. Qərb dövlətləri, xüsusilə ABŞ bunun üçün Azərbaycana yaşıl işıq yandıracaq. Ona görə də Ermənistan Qərb dövlətlərinin İranla müharibəsinə ciddi yanaşır və bunu Azərbaycan tərəfdən özünə qarşı təhdid kimi görür".
Erməni politoloqlar İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçi ölkə kimi qoşulmasına da münasibət bildiriblər. A. İsgəndəryanın sözlərinə görə, hazırkı siyasi vəziyyətdə İranın vasitəçilik missiyasını üzərinə götürməsi mümkün deyil: "Ermənistan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkə kimi çıxış etməsinin lehinədir. Amma bu, praktiki cəhətdən mümkün deyil. Çünki, hazırda problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və İran bu təşkilatın üzvü deyil. Düşünürəm ki, münaqişənin həllinin formatının dəyişdirilməsi mümkün deyil. Heç Azərbaycan da İranın vasitəçi ölkə kimi prosesə qoşulmasına razı olmaz".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında