Kolumbiya Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır

"Kolumbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır".

{nl}

Bu sözləri Azərbaycanda səfərdə olan Kolumbiya Senatının ikinci Konstitosional komitəsinin sədri, senator Alexandra Moreno Pirakive iyulun 2-də Milli Məclisdə keçirdiyi mətbuat konfransda demişdir.

{nl}

Kolumbiya nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətindən danışan senator demişdir: "Bu səfər bizim üçün çox önəmlidir. Biz Bakıda bir sıra səmərəli görüşlər keçirmişik. Apardığımız danışıqlar ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün yeni imkanlar açır".

{nl}

Bildirilmişdir ki, cari il aprelin 24-də Kolumbiya Senatında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı soyqırımı ilə bağlı sənəd qəbul olunmuşdur. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və Ermənistanın təcavüzkar dövlət olduğu öz əksini tapmışdır. Biz 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə tərəfdarıq. Kolumbiya Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər. Ümid edirik ki, bu cür addımlar və birgə əməkdaşlıqla problemin həllinə yardım göstərə bilərik. Mən ölkəmə qayıtdıqdan sonra bu barədə Kolumbiya Parlamentində fikirlərimi bildirəcəyəm.

{nl}

Alexandra Pirakive demişdir ki, biz yaxın vaxtlarda hər iki ölkədə səfirliyin açılmasına çalışırıq. Ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəni əlaqələrin yaradılması da vacibdir. Cari ilin sonunadək Azərbaycanda Kolumbiyanın səfirliyinin açılması gözlənilir.

{nl}

Qonaq onu da bildirmişdir ki, Azərbaycan zəngin mədəniyyətə sahibdir. Kolumbiyada və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini düşünürük.

{nl}

Alexandra Moreno Pirakive bu günə qədər ölkələrimiz arasında diplomatik və xidməti pasportları olan şəxslərin vizasız gediş-gəlişi, Diplomatik Akademiyalar arasında təcrübə mübadiləsinə dair sənədlərin imzalandığını qeyd etmiş, daha bir neçə sənədin isə hazırlıq mərhələsində olduğunu bildirmişdir.

{nl}

Sonra qonaq jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında