Səfir: "Almaniya mətbuatında Azərbaycanla bağlı yayılan neqativ məlumatlar Almaniya hökumətinin mövqeyini əks etdirmir"

"Prezident Vulfun istefası ilə bağlı baş verənlər göstərdi ki, Almaniyada hökumət mətbuatı təsir altında saxlaya bilmir"
Almaniya mətbuatında Azərbaycanla bağlı yayılan neqativ məlumatlar Almaniya hökumətinin mövqeyini əks etdirmir. APA -nın xəbərinə görə, bunu I Azərbaycan-Şimali Reyn-Vestfaliya biznes-forumunda çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle salamlama nitqində bildirib.
Onun sözlərinə görə, "Eurovision" mahnı yarışması ərəfəsində mətbuatda Azərbaycanla bağlı kampaniya başlayıb və burada neqativ məlumatlar əksini tapıb: "Amma bu, Almaniya hökumətinin fikri deyil. Prezident Vulfun istefası ilə bağlı baş verənlər göstərdi ki, Almaniyada hökumət mətbuatı təsir altında saxlaya bilmir. Məsələn, "Spiegel" kimi jurnala təsir etmək mümkün deyil. Əksinə, bəzən mətbuat siyasətçilərə təsir edib onların fikrini dəyişə bilir".
Səfir qeyd edib ki, Almaniya federal hökuməti Azərbaycanla əlaqələrin bundan sonra da bütün sahələrdə genişləndirilməsində maraqlıdır: "O cümlədən iki ölkə arasında tarixi-mədəni əlaqələrin genişləndirilməsinə çalışır. Biz hesab edirik ki, Azərbaycan hökuməti də bu mövqedədir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında