Azərbaycanın və Türkiyənin xarici siyasətində oxşar və fərqli cəhətlər müzakirə edilmişdir

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Türkiyənin "Xəzər Strategiya İnstitutu" Mərkəzinin üzvləri, SAM-ın əməkdaşları iştirak etmişlər.
SAM-ın direktoru Fərhad Məmmədov son günlər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər və onların əhəmiyyətindən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış SAM-ın artıq beş ildir fəaliyyət göstərdiyini qeyd edən F.Məmmədov demişdir ki, bizim ilk tərəfdaşımız Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi olmuşdur. Biz həmin qurumla sıx əlaqələr yaradaraq birlikdə bir çox layihələr həyata keçirmişik.
Qeyd olunmuşdur ki, Türkiyə ilə əlaqələrin genişlənməsi Azərbaycan üçün vacib və əhəmiyyətlidir. Çünki Türkiyə Azərbaycanın müttəfiqidir, xalqlarımız arasında dərin köklərə malik mədəni, tarixi bağlılıq, ölkələrimiz arasında güclü iqtisadi əlaqələr vardır. Bundan əlavə, Cənubi Qafqazda Türkiyənin nüfuzu getdikcə artır. Regionun ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin tutduğu mövqe həmişə ölkəmiz tərəfindən razılıqla qarşılanmışdır.
F.Məmmədov bildirmişdir ki, SAM cari ildə Azərbaycan-Türkiyə münasibətləri barədə kitab nəşr etdirmişdir. Oktyabr ayında Azərbaycanda Türkiyə həftəsinin keçirilməsi planlaşdırılır. Həmin layihə çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrində türkiyəli alimlərin mühazirələri təşkil olunacaqdır. Bu istiqamətdə fəaliyyətimiz, əməkdaşlığımız bundan sonra da davam etdiriləcəkdir.
"Xəzər Strategiya İnstitutu" Mərkəzinin rəhbəri Məsud Ülkər Azərbaycanda keçirilən Krans Montana Forumunda iştirakından, SAM-ın əməkdaşları ilə tanışlığından məmnunluğunu ifadə etmişdir. Təmsil etdiyi qurumun yeni yaradıldığını bildirən M.Ülkər demişdir ki, fəaliyyət strategiyamızın əsasını dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə və Azərbaycanın tanınmış alim və mütəxəssisləri ilə təcrübələrimizi paylaşmaq təşkil edir. İki qardaş ölkənin bir-biri ilə daha da yaxınlaşması, əlaqələrinin möhkəmlənməsi bu gün aktual və vacib məsələlərdəndir.
Bildirilmişdir ki, "Xəzər Strategiya İnstitutu" Mərkəzi 2012-ci ili "TANAP ili" elan etmişdir. Həmin layihə çərçivəsində beynəlxalq konfrans və simpoziumların keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına kömək etmək, Cənubi Qafqazda gedən proseslər haqqında beynəlxalq aləmdə yeni fikir formalaşdırmaq, daha düzgün təsəvvür yaratmaqdır.
Görüşdə son vaxtlar Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən hadisələr prizmasında Türkiyə-Azərbaycan maraqlarının oxşar və fərqli cəhətləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında