Konqres üzvü Eddi Bernis Conson: Azərbaycanın özü kiçik olsa da, beynəlxalq məsələlərdə nəhəng rolu vardır

ABŞ Konqresinin üzvü Eddi Bernis Conson iyunun 27-də Nümayəndələr Palatasında bəyanatla çıxış edərək həmkarlarını özü kiçik, lakin beynəlxalq məsələlərdə nəhəng rolu olan Azərbaycana diqqət yetirməyə çağırmışdır. Konqres üzvü qeyd etmişdir ki, İranla Rusiya arasında yerləşən Azərbaycan Birləşmiş Ştatların dostudur və bu dostluq ətrafdakı dövlətləru tez-tez narahat edir. 
Xanım Conson vurğulamışdır: "Azərbaycanın ABŞ-a bu qədər dəyərli dost olmasının səbəblərindən biri də, İranda 20 milyona yaxın "cənubi azərbaycanlılar" kimi tanınan etnik azərbaycanlının yaşamasıdır. Bu da, öz növbəsində həmin ərazilərin əsrlər boyu Azərbaycana məxsus olduğunu xatırladır. Azərbaycan neftinin və qazının Xəzər hövzəsində hasilatı və ixrac kəmərləri ilə Qərb bazarlarına ötürülməsi, ABŞ-ın strateji müttəfiqi kimi, bölgənin əhəmiyyətini bir qədər də artırır. Əfqanıstana coğrafi yaxınlığı isə Azərbaycanı, mühüm keçid marşrutu kimi, ABŞ üçün əvəzedilməz müttəfiqə çevirir. 2014-cü ildə "Manas" hərbi hava bazasının bağlanması gözlənilərkən, bu marşrut bizim qoşunlarımız üçün tamamilə zəruri olacaqdır."
Konqresdə 20 ilə yaxın xidmət edən demokrat qanunverici onu da bildirmişdir ki, Azərbaycan dünyəvi cəmiyyət və dini müxtəlifliyin mövcud olduğu bir ölkə kimi nümunə göstərilə bilər. Əhalisinin müsəlman olduğu bu ölkədə kifayət qədər yəhudi yaşayır və Azərbaycan İsrailin də müttəfiqidir.
Bu ay Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin ildönümündə Vatikanın kardinalı Fernando Filoni Bakıdakı Katolik Kilsəsində çıxışında demişdir ki, Azərbaycandakı tolerantlıq ab-havası, doğrudan da nümunəvidir.
Bəyanatının sonunda Konqres üzvü xanım Conson həmkarlarını bir daha Azərbaycanın həm ABŞ, həm də bütün dünya üçün əhəmiyyətini tanımağa çağırmış və bunu alqışlamışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında