Azərbaycan səfiri etimadnaməsini Panama Prezidentinə təqdim etmişdir

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, eyni zamanda, Panamada səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini Panama Prezidenti Rikardo Martinelliyə təqdim etmişdir.
Bundan əlavə, Azərbaycan səfirinin etimadnaməsinin surəti Panamanın xarici işlər naziri Roberto Enrikesə təqdim olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, Panama Prezidenti ilə görüşdə diplomat Azərbaycan dövlətinin başçısı İlham Əliyevin salamlarını çatdırmışdır.
Səfir R.Martinellini və R.Enrikesi Azərbaycanın dövlətçilik tarixi, enerji sektorunun yaranması və inkişafı, ölkəmizin iqtisadi potensialı, mövcud biznes mühiti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin həlli istiqamətində davam edən beynəlxalq danışıqlar prosesi haqqında məlumatlandırmışdır.
Səfər çərçivəsində İ.Muxtarov Panamanın enerji naziri Xuan Manuel Urriola, bu ölkənin xarici siyasət idarəsinin yüksək səviyyəli rəsmilərindən ibarət geniştərkibli işçi qrupunun üzvləri, Panama Diplomatik Akademiyasının rəhbərliyi, xarici ticarət nazirinin müavini Xose Paçeko Texeira və iş adamları ilə də görüşlər keçirmişdir. Görüşlərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında