Avstraliya Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır

İyunun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya İttifaqı Baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov avstraliyalı qonaqları Azərbaycanda salamlamış və bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına xidmət edəcəyinə ümid etdiyini bildirmişdir.
Ölkəmizin geostrateji əhəmiyyətini xüsusi vurğulayan R.Trudi qeyd etmişdir ki, Avstraliya Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır.
Görüşdə, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilmiş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Azərbaycan və Avstraliyanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr xüsusi vurğulanmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında