Ermənistanın sabiq prezidentinin müşaviri "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür

İyunun 29-da Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti illərində xarici siyasət məsələləri üzrə müşaviri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətçisi vəzifələrində işləmiş, ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaridiyan "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür. 
İcmanın Əlaqələndirmə Şurasından bildirmişlər ki, J.Libaridiyan qurumun üzvləri, o cümlədən qurumun sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, icmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, icmanın idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilə görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi, bəzi beynəlxalq qurumların fəaliyyətsizliyi, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması və bir çox digər vacib məsələlər müzakirə edilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında