Azərbaycanın regionda yürütdüyü xarici siyasət ölkəmizin milli maraqları üzərində qurulmuşdur

İyunun 28-də xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi İulian Chifu ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları və regional proseslər, eləcə də enerji layihələri barədə müzakirələr aparılmışdır.
Azərbaycanın geostrateji əhəmiyyətini qeyd edən İulian Chifu ölkəmizin Əfqanıstandakı sülhməramlı fəaliyyətini və tranzit ölkə kimi regiondakı rolunu yüksək qiymətləndirmişdir. Rumıniyalı qonaq, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 20-ci sammitində imzalanan Yekun Bəyannamənin əhəmiyyətini də vurğulamışdır.
Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda yürütdüyü xarici siyasətin ölkəmizin milli maraqları üzərində qurulduğunu diqqətə çatdırmışdır.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə olunmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında