Azərbaycan deputatının məruzəsi Avropa Şurasının gündəliyində

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası gedişində yalnız hazır məruzələr ətrafında diskussiyalar aparılmamış, eyni zamanda, ayrı-ayrı komitələrdə növbəti sessiyanın gündəliyinə salınacaq bir sıra məruzələrin və qətnamə layihələrinin son və ətraflı müzakirələri keçirilmişdir. 
Oktyabrın 1-dən 5-dək yenidən Strasburqda toplanacaq Parlament Assambleyasının gündəliyində Avropada ali təhsilin mövcud vəziyyəti və inkişaf perspektivləri məsələləri də xüsusi yer tutacaqdır. Payız sessiyasının gündəliyində təhsillə bağlı üç müxtəlif məruzənin müzakirəsi nəzərdə tutulur. Bunlardan biri əsas, digər ikisi isə təhsil problematikasının fərqli istiqamətləri ilə bağlıdır. Əsas məruzənin müəllifi AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovdur. Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin yay sessiyası ərzində keçirilən iclaslarında Rafael Hüseynovun hazırlamış olduğu "Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı" məruzəsi ilə yanaşı, xorvatiyalı deputat Qvozden Fleqonun "Avropa ali təhsil məkanında ali təhsil təsisatlarının idarə olunması" və ispaniyalı deputat Karmen Quintanillanın təqdim etdiyi "Avropada təhsil seçimi azadlığı" adlı məruzələr də vardır.
Rafael Hüseynovun məruzəsi son ilyarımda komitədə bir neçə dəfə müzakirə edilməklə yanaşı, son aylarda Parisdə, UNESCO-nun baş qərargahında və Rumıniya parlamentində mövzu ilə əlaqədar dünyanın müxtəlif ölkələrinin tanınmış ali təhsil mütəxəssislərinin, məşhur universitetlərin rektorlarının, ekspertlərin iştirakı ilə kollokviumlar təşkil edilmişdir.
Azərbaycanlı deputatın belə mühüm ümumavropa problemi üzrə növbəti sessiyada əsas məruzəçi kimi çıxış etməsi ölkəmizin və nümayəndə heyətimizin Avropa Şurasındakı yüksək nüfuzundan xəbər verir. Avropada ali təhsilin inkişaf təmayülləri ilə bağlı məruzənin müəllifi Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, ortaq Avropa evinin formalaşmasında siyasi səylərlə yanaşı, son illərdə mədəniyyət, təhsil, elm sahələrində dialoqa və əməkdaşlığa diqqətin artması səbəbsiz deyildir. Çünki ümumbəşəri səciyyə daşıyan bu sahələr bəlkə də ölkələr və xalqlar arasında anlaşmaya, işbirliyinə siyasi fəaliyyətlərdən qat-qat çox kömək edir. Digər tərəfdən ümumavropa təhsil məkanı həm də gələcək nəsilləri ortaq düşüncə, eyni meyarlar, yaxın ideallar müstəvisində tərbiyə edib yetişdirmək vəzifəsini daşıyır. Bu isə qitənin və bütövlükdə dünyanın sabahı üçün çox zaman riyakarlıqlarla müşayiət edilən siyasətdən fərqli olaraq, etibarlı zəmin, möhkəm qarşılıqlı etimad mühiti yaradır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında