Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirmişdir. O, bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulamışdır.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Estoniya parlamentinin sədri ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan ilə Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanmışdır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
İki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətinin vurğulandığı görüşdə bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd olunmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında