Valdas ADAMKUS: Azərbaycan müstəqil siyasəti olan və regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nadir dövlətdir

Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, səfir Həsən Məmmədzadə Litvanın sabiq Prezidenti Valdas Adamkus ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Litva dövlətinin sabiq başçısına ünvanlanmış cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Forumuna dəvət məktubu təqdim edilmişdir.
Valdas Adamkus Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərdən bəhs etmiş, xoş xatirələrini bölüşərək, səmimi arzularını Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş etmişdir.
Litvanın sabiq Prezidenti Azərbaycanın həqiqətən müstəqil siyasəti olan və regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nadir dünya dövlətlərindən olduğunu xüsusilə vurğulamışdır. O, belə bir mürəkkəb və çətin missiyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məharətlə həyata keçirilməsindən məmnunluq hissi ilə bəhs etmişdir.
Görüş zamanı Litvadakı mövcud ictimai-siyasi vəziyyət, həmçinin bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılmışdır.
Valdas Adamkus yenicə nəşrdən çıxmış nəfis tərtibatlı "Sonuncu kadensiya" kitabını səfir Həsən Məmmədzadəyə hədiyyə etmişdir.
Səfir Həsən Məmmədzadə öz növbəsində Valdas Adamkusa "Ilham: Portrait of a President" kitabını hədiyyə etmişdir.

{nl}

Nigar HÜSEYNOVA, AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında