Azərbaycan-Portuqaliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

İyunun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan portuqaliyalı həmkarı Paulo Portas ilə görüşmüşdür.
Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğun ifadə olunduğu görüşdə Azərbaycan və Portuqaliya arasında ikitərəfli komissiya yaradılması haqqında razılıq əldə edilmişdir.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.
Görüşün məhsuldar keçdiyini bildirən Elmar Məmmədyarov Portuqaliya ilə Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi üçün münbit şəraitin olduğunu demişdir.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Portuqaliyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə də məlumat verilmişdir. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, regional məsələlər və s. müzakirə edilmişdir.
Portuqaliyalı nazir səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini vurğulamış, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi məsələsinin müzakirə olunduğunu bildirmişdir. Qonaq Portuqaliyanın Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu və bunun üçün geniş potensialın mövcudluğunu vurğulamışdır.
Azərbaycanın Portuqaliya üçün mühüm siyasi və iqtisadi tərəfdaş olduğunu deyən P.Portas ölkələrimizin ərazi və əhali baxımından bir-birinə bənzər olduğunu və hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu xüsusi vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə münasibət bildirən portuqaliyalı nazir qeyd etmişdir ki, problem diplomatik yolla həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region üçün vacibdir.
Sonda nazirlər jurnalistlərin suallarını cavablandırmışlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında