Malayziya Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Bakıda səfərdə olan Malayziya Baş nazirinin departament naziri Mohamed Nazri bin Azizi iyunun 28-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür. Oqtay Əsədov bildirmişdir ki, Malayziya Azərbaycan üçün önəmli ölkədir. Biz həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlıyıq. Bu baxımdan qarşılıqlı səfərlərin intensiv xarakter almasını vacib hesab edirik. 
Milli Məclisin sədri təəssüflə qeyd etmişdir ki, bu günədək ölkələrimiz arasında hüquqi baza formalaşmamışdır. Hazırda 14 sənəd üzərində iş gedir. Hesab edirik ki, bu sənədlərin tezliklə imzalanması münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar vardır. Bu məqsədlə biznes forumların keçirilməsi öz müsbət töhfəsini verə bilər.
Bildirilmişdir ki, parlamentlər dövlətlərarası əməkdaşlığın daha da inkişafında mühüm rol oynayır. Bu baxımdan qanunverici orqanlar səviyyəsində əlaqələrin mütəmadi xarakter alması çox önəmlidir. O.Əsədov hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirmiş və bildirmişdir ki, deputatlar arasında tez-tez görüşlərin keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcəkdir.
O.Əsədov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində Malayziyanın dəstəyini yüksək qiymətləndirmiş və demişdir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı çərçivəsində də əlaqələrimiz yüksək səviyyədədir.
Milli Məclisin sədri bildirmişdir ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi vardır. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Malayziyanın beynəlxalq qurumlar, o cümlədən BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində rəsmi Bakının haqlı mövqeyini dəstəkləməsini bu ölkənin Azərbaycana olan dost münasibəti kimi dəyərləndiririk. Ümid edirik ki, Malayziya tərəfi bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcəkdir.
Spiker görüşdə Xocalı faciəsinin Meksika Konqresi, Pakistan və Kolumbiya Senatı, həmçinin ABŞ-ın bəzi ştatları tərəfindən dinc sakinlərə qarşı törədilmiş soyqırımı kimi tanındığını vurğulamış və yaxın gələcəkdə Malayziya parlamentinin də bu istiqamətdə müvafiq addım atacağına ümidvar olduğunu bildirmişdir.
Mohamed Nazri bin Azizi Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirmişdir. O qeyd etmişdir ki, Malayziya Azərbaycan ilə münasibətlərin daha da dərinləşməsində maraqlıdır. O, belə bir fikri vurğulamışdır ki, siyasi münasibətlər sisteminin mühüm tərkib hissəsi olan parlamentlərarası əlaqələrin inkişafı günün tələbidir. Bu baxımdan parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. O, bu sahədə əlaqələrin dərinləşməsinin iqtisadi, mədəni, humanitar sahələrə də müsbət təsir göstərəcəyinə inandığını bildirmişdir.
Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində Malayziyanın hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcəyini söyləmişdir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında