Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri fiaskoya uğramışdır

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan tərəfinə layiqli cavabını vermişdir
İyunun 20-dən 22-dək Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Davamlı İnkişaf üzrə Konfransı (Rio+20) keçirilmişdir.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Rio+20 konfransı BMT-nin üzvü olan ölkələrin rəhbərlərini və yüksək səviyyəli rəsmilərini bir araya gətirərək irimiqyaslı toplantıya çevrilmişdir. Konfransda Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Tədbirdə dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmilər təmsil etdikləri ölkələrdə davamlı inkişaf və "yaşıl iqtisadiyyat" sahəsində irəli sürülən təşəbbüslər, sosial-iqtisadi sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər, mövcud problemlər haqqında danışmış və onların həlli yollarına dair fikirlərini bölüşmüşlər.
Ermənistan tərəfi konfransın mövzusundan kənara çıxaraq, Azərbaycanın ünvanına təxribat xarakterli ifadələr səsləndirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaqub Eyyubov söz alaraq davamlı inkişaf və "yaşıl iqtisadiyyat"ın təmin olunmasının vacibliyini qeyd edərək, ölkəmizdə davamlı inkişaf üzrə həyata keçirilən strategiyalar və sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər barədə danışmış, o cümlədən respublikamızda son dövrlərdə bir milyondan artıq yeni iş yerinin açıldığını və yoxsulluq səviyyəsinin 50 faizdən 7 faizədək endirildiyini vurğulamışdır. Çıxışda ölkəmizdə hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına və Ətraf mühitin qorunması naminə beynəlxalq dialoq üzrə ictimai təşkilatın (IDEA) fəaliyyətinə xüsusi diqqət yetirilmişdir.
Ermənistan nümayəndəsinin təxribat xarakterli ifadələrinə cavab olaraq, Azərbaycan nümayəndə heyətinin başçısı Yaqub Eyyubov bildirmişdir ki, Ermənistan növbəti dəfə BMT tribunasından sui-istifadə edərək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətlərindən yayındırmağa cəhd edir.
Azərbaycanın 20 faizdən artıq ərazisinin 20 ildən çoxdur ki, erməni işğalı altında olmasını və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdıran Yaqub Eyyubov vurğulamışdır ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə əsasən işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Baş nazirin birinci müavini işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən meşələrin qəsdən yandırıldığını, flora və faunanın, tarixi və mədəni irsin məhv edildiyini bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistanı qonşu ölkələrin ərazilərini güc yolu ilə ələ keçirməyə yönəlmiş mənasız cəhdlərindən imtina etməyə və region ölkələri ilə əlaqələri beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində qurmağa çağırmışdır.
Yaqub Eyyubov seysmik baxımdan qeyri-sabit zonada yerləşən və istismar müddəti başa çatmış Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının təxirə salınmadan bağlanılmasının zəruri olduğunu vurğulamışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Konfrans çərçivəsində Yaqub Eyyubov bir sıra ölkələrin rəsmiləri ilə də ikitərəfli görüşlər keçirmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında