Rusiya-Azərbaycan forumunda birgə bəyanatın imzalanması gözlənilir

Sabah Bakıda keçiriləcək 3-cü Rusiya-Azərbaycan Regional Əməkdaşlıq Forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi məsələsi müzakirə olunacaq. 
Bunu çərşənbə günü Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir:"Forumda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsinin, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulub. Rusiya və Azərbaycanın yüksək vəzifəli şəxslərinin qatıldığı forumda 7 seksiyada siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik, dövlətlərarası münasibətlərin regional aspektləri, Xəzər dənizi və onun ətrafında əməkdaşlıq məsələləri və digər məsələlələr müzakirə olunacaq, mühüm qərarlar qəbul ediləcək. Birgə bəyanatın qəbul olunacağı və iki ölkənin müfafiq strukturları arasında sazişlər imzalanacağı gözlənilir".
Administrasiya rəsmisinin sözlərinə görə, tədbir Rusiya ilə Azərbaycanın regional əməkdaşlığına həsr olunub:"İki ölkə arasında əməkdaşlığın prioritet sahələrini və kursunu dövlət başçıları müəyyən edir, bu tip forumlar isə əsasən bu prioritetlərin dəyərləndirilməsi və həyata keçirilməsi, bəzi mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır".
Əli Həsənovun sözlərinə görə, bu forum bu müstəvidə keçirilən üçüncü forum olacaq. İlk forum 3 il bundan öncə Bakıda keçirilmişdir.
Rusiya Prezidenti Administrasiyasının 100-dən artıq yüksək ranqlı nümayəndəsinin, hökumət və parlament, o cümlədən ayrı-ayrı regionların təmsilçilərinin iştirakı ilə həmin forumda iki ölkə arasındakı strateji əməkdaşlıq kursunun davam etdirilməsi ilə bağlı dövlət başçılarının verdiyi bəyanatlar, imzaladıqları sənədlər və qarşıda duran vəzifələr müzakirə edilmiş və bütün sahələr üzrə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.
Keçən il ikinci forum Həştərxan şəhərində keçirilmişdir. Bu forumda Azərbaycanı təmsil edən 100-dən artıq nümayəndə heyəti Rusiyanın nümayəndələri ilə birlikdə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı mühüm qərarlar qəbul etmişdir.
Əli Həsənov demişdir ki, bu il forum eyni müstəvidə Bakıda işini davam etdirəcək.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında