Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir

İyunun 23-də Milli Məclisin sədri Oqtay Əsədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının nümayəndə heyəti ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, O.Əsədov təşkilatın Daimi Komitəsinin Bakıda keçirilən iclasında qonaqlara uğurlar arzulamışdır. Bildirilmişdir ki, Azərbaycan son illərdə bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Milli Məclisin sədri cari ilin noyabrında Bakıda keçiriləcək konfransın VII Baş Assambleyasının bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda Asiyada fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığın genişlənməsi günün tələbidir. Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan partiyalar dövlət siyasətinə təsir etmək gücündədirlər. Bu isə onların arasında əməkdaşlığı şərtləndirən amillərdəndir. Bu baxımdan, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu mötəbər təşkilata üzv olması təqdirəlayiqdir. Hesab edirik ki, Asiya qitəsinin siyasi partiyaları arasında əməkdaşlıq üçün bir platformanın olması bölgədəki proseslərə müsbət təsir göstərəcəkdir. Asiya qitəsindəki mövcud problemlərin aradan qaldırılmasında bunun müstəsna əhəmiyyəti vardır. İnanırıq ki, 300 siyasi partiyanı birləşdirən Konfrans beynəlxalq problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. VII Baş Assambleyada Cənubi Qafqazın inkişafına böyük maneçilik törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca vacibdir.
Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların çoxsaylı qətnamə və qərar qəbul etdiklərini diqqətə çatdıran O.Əsədov bildirmişdir ki, buna baxmayaraq, məsələ hələ də öz məntiqi həllini tapmamışdır. Biz Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, quruma üzv partiyalar bundan sonra da bu məsələyə həssaslıqla yanaşacaq, problemin həllinə öz töhfələrini verəcəklər.
Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təmsilçisi Xose de Venesiya paytaxt Bakının belə bir tədbirə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirmişdir. Qonaq qurumun fəaliyyəti və məqsədi haqqında ətraflı məlumat vermiş, təşkilatın Asiya qitəsindəki əsas problemlərə böyük diqqət yetirdiyini söyləmişdir.
Vurğulanmışdır ki, böyük iqtisadi potensiala malik Asiya qitəsinin müxtəlif bölgələrində iqtisadi inkişafla yanaşı, münaqişə ocaqlarına da rast gəlinir. Bu baxımdan, qurum Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir. Təşkilat məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır. Konfrans Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.
Bildirilmişdir ki, təşkilat bu məsələnin həllində və Azərbaycanın inkişafında Prezident İlham Əliyevin gördüyü işləri, parlamentin fəaliyyətini yüksək dəyərləndirir. Qurumun Bakıda keçirilən tədbirinin sonunda qəbul olunacaq Bakı Bəyannaməsində bu məsələlər öz əksini tapacaqdır.
Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, deputat Asəf Hacıyev, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq, təşkilatın təmsilçiləri Müşahid Hüseyn Seyid, Ai Pinq, Teo Sambuaqa və digər rəsmi şəxslər iştirak etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında