Minskdə Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılmışdır

Minskdə Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələrin növbəti raundu keçirilmişdir. 
Tərəflər iki dövlətin xarici siyasət idarələrinin konsul xidmətləri arasında sonuncu məsləhətləşmələr aparılandan (Bakı, 9-10 dekabr 2010-cu il) sonrakı dövrdə bu xidmətlərin fəaliyyətinin əsas nəticələri barədə informasiya mübadiləsi etmişlər.
Məsləhətləşmələrin iştirakçıları vətəndaşların olduqları dövlətin milli qanunvericiliyinə riayət edilməsi barədə, o cümlədən dövlətlərin xaricdəki müəssisələrinin informasiya işinin daha da gücləndirilməsi yolu ilə daha geniş məlumatlandırılması üçün səy göstərmək barədə razılığa gəlmişlər. Onlar iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın konstruktiv xarakterini qeyd etmiş və bu əməkdaşlığın inkişafına, onun praktiki məzmununun zənginləşdirilməsinə kömək etməyin (seminarlar, treninqlər təşkil edilməsi, təcrübə mübadiləsi və s.) zəruri olmasını vurğulamışlar.
Tərəflər konsulluq məsələlərinə dair məsləhətləşmələrin növbəti raundunu Bakıda keçirməyi qərara almışlar.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında