ATƏT-in Daimi Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha səsləndirilmişdir

Avstriyanın paytaxtı Vyanada ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Fransanın ATƏT-dəki daimi nümayəndəsi "Böyük iyirmiliy"in (G-20) Meksikanın Los-Kabos şəhərində keçirilən zirvə toplantısında Minsk qrupunun həmsədr ölkələrinin başçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdikləri bəyanatı iştirakçıların diqqətinə çatdırmışdır.  
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov Fransanın daimi nümayəndəsi tərəfindən səsləndirilmiş bəyanata münasibət bildirərək vurğulamışdır ki, Los-Kabos bəyanatı həmsədr ölkələrinin münaqişənin həllinə yüksək səviyyədə diqqət göstərdiyini nümayiş etdirir. Q.İsrafilov qeyd etmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi ATƏT-ə üzv dövlətlərə məlumdur. Rəsmi Bakı hesab edir ki, problem beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin tələbləri çərçivəsində həll edilməlidir.
Q.İsrafilov bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişin əldə olunması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır. Yalnız bundan sonra tərəflər arasında bütün sahələrdə yaxınlaşma baş verə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında qarşılıqlı etimad yaratma tədbirləri müsbət nəticələnə bilər.
Diplomat məhz işğal altındakı torpaqlarda olan Ermənistan hərbi qüvvələrinin hər iki icma arasında əlaqələrin qurulmasına, habelə insanların doğma yurdlarına qayıtmalarına mane olduğunu, münaqişənin həllində isə mövcud status-kvonun saxlanılmasına xidmət etdiyini bildirmişdir.
Səfir ATƏT-ə üzv dövlətləri Azərbaycan ərazilərinin işğalı faktına biganə qalmamağa və işğal altındakı ərazilərdən Ermənistan hərbi birləşmələrinin çıxarılması üçün Ermənistana təzyiq etməyə çağırmışdır.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında