Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

İyunun 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Moni ilə görüşmüşdür. 
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov P.Monini ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.
E.Məmmədyarov yeni səfirin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirmişdir.
Ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu bildirən fransalı diplomat Azərbaycanın müasir, tolerant və çox mədəniyyətli dövlət olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov məsələnin həllinin uzadılmasının yolverilməz olduğunu bildirmişdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayan nazir demişdir ki, Ermənistan tərəfindən edilən təhriflər yolverilməzdir.
Fransalı diplomat bildirmişdir ki, Azərbaycanın və Fransanın ümumi maraqları çoxdur. Ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur.
Görüşdə həmçinin, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında