SƏFİR: "Azərbaycan NATO-nun vacib tərəfdaşıdır və əməkdaşlığın hansı səviyyəyə qədər möhkəmləndirilməsinə Azərbaycan qərar verməlidir"

"NATO ilə Azərbaycan arasındakı münasibətlərin hər iki tərəf üçün strateji dəyəri var. NATO Azərbaycanın Əfqanıstandakı təhlükəsizliyi qoruma güclərinə verdiyi töhfəni NATO ilə praktik əməkdaşlığı davam etdirmək istiqamətində əsl tərəfdaşlıq və xoş niyyət göstəricisi olaraq qiymətləndirir". Bu sözləri APA-ya açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu deyib. O, NATO yüklərinin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunu xüsusi qeyd edib: "NATO Azərbaycanla getdikcə artan praktik əməkdaşlığı dəstəkləyir, qarşılıqlı maraqların olduğu sahələrdə, o cümlədən terrorçuluqla mübarizə və Əfqanıstanda sabitliyin qorunmasında əməkdaşlığın davamında maraqlıdır. Enerji təhlükəsizliyi və kiber təhlükəsizlik NATO ilə Azərbaycanın maraq göstərdiyi yeni sahələrdir. Azərbaycan NATO-nun vacib tərəfdaşıdır və əməkdaşlığın hansı səviyyəyə qədər möhkəmləndirilməsinə Azərbaycan qərar verməlidir". 
Diplomat bildirib ki, Rumıniya NATO ölkəsi olaraq öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: "Rumıniya həm NATO, həm də Avropa Birliyinin üzvü kimi öz təcrübəsini bölüşə bilər. Biz Avroatlantik inteqrasiyaya hazırlığın önəmli daxili islahatlara, demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə necə kömək etdiyinə dair müsbət nümunələr təqdim edə bilərik".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında